6 C
Baku
Sunday, December 15, 2024

Qazaxıstan 2030-cu ilə qədər qaz hasilatını 91 milyard kubmetrə çatdırmağı planlaşdırır

Qazaxıstanın Energetika Nazirliyi ölkədə qaz hasilatının həcmini əhəmiyyətli dərəcədə artırmaq planlarını açıqlayıb. Məlumata əsasən, 2030-cu ilə qədər illik qaz hasilatının 91 milyard kubmetrə çatdırılması planlaşdırılır.

Bu ilin əvvəlindən etibarən, ölkə neft-qaz sektorunda yaxşı göstəricilər nümayiş etdirir. Belə ki, ilk yarımildə 44,7 milyon ton neft və qaz kondensatı hasil edilib.

Qaz hasilatının həcmi 30 milyard kubmetrə çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 101 faiz çoxdur.

Son xəbərlər
Digər xəbərlər