20 C
Baku
Wednesday, May 29, 2024

Qazaxıstan avqustun 31-dək şəkər ixracına qadağa qoyub

Qazaxıstan hökuməti daxili bazarı təmin etmək üçün avqustun 31-dək şəkər ixracına müvəqqəti qadağa qoyub.

Bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti xarici ticarət siyasəti və beynəlxalq iqtisadi təşkilatlarda iştirak məsələləri üzrə qurumlararası komissiyanın iclasının yekunlarına dair məlumatda bildirib.

“Qazaxıstanlıların fasiləsiz şəkər tədarükü üçün komissiyanın iclasında 2024-cü il avqustun 31-dək üçüncü ölkələrə, o cümlədən Avrasiya İqtisadi Birliyinə üzvü olan dövlətlərə şəkərin ixracına müvəqqəti qadağa tətbiq edilməsi barədə kollegial qərar qəbul olunub. Bu tədbir beynəlxalq tranzitə təsir etməyəcək”, – məlumatda bildirilir.

Bildirilib ki, anbarlardakı şəkər ehtiyatlarının qalığı və Qazaxıstana idxal həcmləri 256 min tona yaxındır. Bu, ölkənin 500-550 min ton təşkil edən illik tələbatının yarısına bərabərdir.

MənbəREPORT
Son xəbərlər
 ⁠
Digər xəbərlər