2 C
Baku
Saturday, December 14, 2024

Qazaxıstan bazarları sabitləşdirmək üçün karbohidrogen potensialını təklif edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Avropa Şurasının rəhbəri Şarl Mişel ilə telefon danışığında respublikanın bazarlardakı vəziyyəti sabitləşdirmək üçün öz karbohidrogen potensialından istifadə etməyə hazır olduğunu bəyan edib.

“Kasım-Jomart Tokayev həmçinin dünyanın enerji təhlükəsizliyinə təhdidlərdən narahatlığını ifadə edib. Onun sözlərinə görə, Qazaxıstan dünya və Avropa bazarlarında vəziyyəti sabitləşdirmək üçün öz karbohidrogen potensialından istifadə etməyə hazırdır”, – məlumatda qeyd olunur.

Məlumata görə, Qazaxıstan prezidenti həmçinin Avropa İttifaqını alternativ transkontinental dəhlizlərin, o cümlədən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafında əməkdaşlığa çağırıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər