17 C
Baku
Thursday, May 2, 2024

Qazaxıstan Çinə 10 mln. tona qədər neft tədarük edə bilər

Qazaxıstan Çinə təxminən 10 milyon ton neft tədarük edə bilər.

Bunu bu ölkənin energetika naziri Almasadam Satkaliyev deyib.

Onun sözlərinə görə, hazırda Qazaxıstandan Çinə təxminən 1 milyon ton neft ixrac olunur: “Çin hazırda neft həcmlərinə zəmanət verilməsi məsələsini qaldırıb. Biz onlara əlavə olaraq ildə 10 milyon tona qədər neft tədarük edə biləcəyimizi bildirdik”.

Nazir qeyd edib ki, hazırda Astana ilə Pekin Qazaxıstanın qərb regionlarından “qara qızıl”ın Çinə nəqlinə imkan verəcək Kenkiyak-Atırau və Kenkiyak-Kumkol neft kəmərlərinin genişləndirilməsi layihəsini müzakirə edirlər.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər