-1 C
Baku
Sunday, December 15, 2024

Qazaxıstan gündəlik neft hasilatını 3.6% azaldıb

Qazaxıstanda gündəlik neft hasilatı 3.6% azalaraq 254 min ton təşkil edib. Ölkənin Energetika Nazirliyinin mətbuat xidməti azalmaya səbəb kimi təbii şəraiti göstərib.

“Tengiz” yatağında (“Tengizchevroil” MMC) gündəlik hasilat 5.4% azalaraq 78,6 min ton təşkil edib. Xəzər dənizində hava şəraiti ilə əlaqədar nazirliyin dəqiqləşdirdiyi kimi, Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) tankerlərinə yükləmə dayandırılıb.

2023-cü ilin 11 ayı ərzində neft və qaz kondensatı hasilatının həcmi 82.2 milyon ton təşkil edib ki, bu da ötən ilin eyni dövründəki hasilatdan 8% çoxdur. Qazaxıstanın neft emalı zavodları bu ilin yanvar-oktyabr aylarında 11.2 milyon ton neft məhsulları istehsal edib.

Son xəbərlər
Digər xəbərlər