19 C
Baku
Thursday, April 25, 2024

Qazaxıstan limanlarından Azərbaycana göndərilən yüklərin həcmi 2 dəfə artıb

Cari ilin ayı ərzində Qazaxıstanın dəniz limanları vasitəsilə Azərbaycan istiqamətində 1,9 milyon ton yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.

Bu barədə Qazaxıstanın Sənaye və İnfrastrktur Nazirliyində “Aşık, sağat alanı” dialoq platformasında “Zoom” platforması vasitəsilə dəniz limanları və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) üzrə yükdaşımaların cari vəziyyəti ilə bağlı görüşdə qeyd edilib.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaların həcmində də müsbət artım dinamikası müşahidə olunur. Bu ilin 8 ayı ərzində TITR vasitəsilə 1,3 milyon ton yük daşınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.

Bu gün TITR-ın nəqliyyat infrastrukturu təxminən milyon ton, o cümlədən 80 000 TEU daşımağa imkan verir.

Qeyd edilib ki, bu gün nəqliyyat infrastrukturunun inkişafı və yük axınlarının tranzit əlaqəsi birbaşa Transxəzər marşrutunun rəqabət qabiliyyətinə təsir edir, Aktau və Kurık dəniz limanlarının rolu artıb.

Qazaxıstanın “KTZ Express” şirkətinin nümayəndəsi Aibek Kapar bildirib ki, yük daşımalarının həcminin kəskin artması ilə nəqliyyat infrastrukturunun yükü də artıb, bu da xidmətə təsir edib və TITR marşrutunda çatışmazlıqları üzə çıxarıb.

İclas zamanı həmçinin dəniz limanlarında, dəmir yollarında və qovşaq stansiyalarında infrastruktur məhdudiyyətləri ilə bağlı problemli məsələlər, bütün Transxəzər marşrutu üzrə hərəkət vaqonlarının çatışmazlığı və konteyner qıtlığı müzakirə edilib.

Öz növbəsində TITR beynəlxalq assosiasiyasının rnümayəndələri marşrutun inkişaf perspektivləri və yeni fider xəttinin açılışı barədə məlumat verib.

Xatırladaq ki, ötən ilin dekabrında Türkiyədən Çinə (Sian şəhəri) TITR marşrutu üzrə konteyner qatarları Azərbaycan ərazisindən tranzitlə göndərilməyə başlanıb. Qısa müddətdə isə bu marşrut alternativ marşrutlarla müqayisədə yüklərin çatdırılma sürəti və qiymətinə olan tələblərə cavab verdiyi üçün yükgöndərənlər arasında böyük tələbat qazanıb.

Qeyd edək ki, TITR 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Daha sonra layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda layihə Çin-Qazaxıstan sərhədindən Avropayadək uzanır. Bütün marşrut boyu vahid tarif müəyyən edilib, “vahid pəncərə” prinsipi reallaşdırılır, konteyner qatarları hərəkət edir.

Xatırladaq ki, ötən ilin dekabr ayından Türkiyədən TITR ilə Çinin Sian şəhərinə Azərbaycan üzərindən konteyner qatarları göndərilir. Bu marşrut başqalarına nisbətən sürət və qiymətlər baxımdan sərfəli olduğu üçün bazarda tezliklə rəğbət qazanıb.

Belə ki, cəmi 16 gün ərzində bir başdan o biri başa çatan qatarlar razılaşmalara görə ayda iki dəfə yola salınır. Bu razılaşma cari ilin əvvəlindən Çində konteyner daşımalarının bahalaşmasına baxmayaraq dəqiq yerinə yetirilir. Həmçinin pandemiya və onun iqtisadiyyatdakı fəsadları, Çinin ixracatının kəskin artması və idxalatının da azalması nəticəsində konteynerlərin gəmilərlə daşıma haqqı 1 500-3 000 ABŞ dollardan 5-10 min ABŞ dollaradək artıb.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər