Qazaxıstan Milli Bankı uçot dərəcəsini illik 14%-dən 14.5%-ə qaldırıb. Bildirilir ki, növbəti məzənnə qərarı sentyabrın 5-də açıqlanacaq.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Tənzimləyici əlavə edib ki, inflyasiyanın davamlılığı əhalinin əmanət davranışını stimullaşdırmaq üçün baza dərəcəsinin bugünkü səviyyədə saxlanmasını tələb edir.
Bankın məlumatına görə, iyunda illik inflyasiya 14.5%-ə qədər sürətlənib. Tənzimləyicinin gözləndiyi kimi, 2022-ci ilin sonuna inflyasiya 13-15%-i keçəcək. İyunun 6-da Qazaxıstan Milli Bankı baza dərəcəsini illik 14% səviyyəsində saxlayıb.