26 C
Baku
Saturday, April 27, 2024

Qazaxıstan Milli Bankı uçot faiz dərəcəsini 14.75%-ə endirib

Qazaxıstan Respublikasının Milli Bankı illik inflyasiyanın yavaşlaması fonunda əsas faiz dərəcəsini 50 baza bəndi azaldaraq 14.75%-ə endirmək qərarına gəlib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Press-relizdə qeyd olunur ki, yanvarda illik inflyasiya 9.5%-ə qədər azalıb, aylıq inflyasiya isə 0.8% təşkil edib ki, bu da tarixi orta göstəricidən (0.6%) yüksəkdir. Tənzimləyici 2024-cü il üçün inflyasiya proqnozunu 7.5-9.5%, 2025-ci il üçün 5.5-7.5%, 2026-cı il üçün isə 5-6% səviyyəsində saxlayıb.

Qeyd edək ki, Qazaxıstan Milli Bankının uçot faiz dərəcəsi ilə bağlı növbəti qərarı aprelin 12-də açıqlanacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər