Qazaxıstan Milli Bankı uçot faiz dərəcəsini 15.75%-dən 15.25%-ə endirib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“Qazaxıstan Respublikası Milli Bankının pul siyasəti Komitəsi uçot faiz dərəcəsini illik 15.25% səviyyəsində müəyyən etmək qərarına gəlib”, – mesajda deyilir.
Milli Bankın pul siyasəti Komitəsinin uçot faiz dərəcəsi ilə bağlı növbəti planlaşdırılmış qərarı fevralın 23-də açıqlanacaq.
Xatırladaq ki, Qazaxıstan Milli Bankı 27 noyabr 2023-cü il tarixində uçot faiz dəırəcəsini 16%-dən 15.75 faizə endirib.