2 C
Baku
Saturday, December 14, 2024

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin polkovniki evində ölü tapılıb

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin polkovniki evində ölü tapılıb.

Bu barədə Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.

“2022-ci il yanvarın 10-da Nur-Sultan şəhərində Milli Təhlükəsizlik Komitəsinin polkovniki Azamat İbrayevin meyiti yaşadığı evin həyətində tapılıb. Faktla bağlı araşdırma aparılır”, – deyə məlumatda bildirilir.

Qazaxıstan mediasında polkovnikin intiharı ilə bağlı versiyalar dərc olunub.

Xatırladaq ki, bir müddət əvvəl Cambıl vilayətinin Polis İdarəsinin rəisi Janat Süleymanovun intihar etməsi barədə məlumat yayılmışdı. Bildirilir ki, iğtişaşlardan sonra ona qarşı cinayət işi açılıb, o, tribunalla hədələnib.

Xatırladaq ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci il yanvarın 2-də başlayıb. Manqistau vilayətinin Janaozen və Aktau sakinləri maye qazın bahalaşmasına etiraz ediblər, sonra etirazlar ölkənin müxtəlif regionlarına yayılıb.
Prezident Kasım-Jomart Tokayev respublikada fövqəladə vəziyyət tətbiq edib, hökuməti istefaya göndərib. Onun xahişi ilə KTMT ölkələri Qazaxıstana sülhməramlı birləşmələr göndərib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər