21 C
Baku
Saturday, May 4, 2024

Qazaxıstan neftinin Bakı limanı istiqamətində nəqlinin həcmi 5 dəfədən çox artıb

Ötən il Qazaxıstan neftinin Aktau limanından ixracı 3 mln. 376 min ton təşkil edib ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 1 mln. 108 min ton və ya 49%-ə yaxın çoxdur.

Bu barədə “Kaztransoil” şirkətinin yaydığı məlumatda bildirilir.

Məlumatda bildirilir ki, Qazaxıstan neftinin Aktau limanından ixrac üçün nəqlinin həcminin artması Bakı limanı istiqaməti üzrə daşınan xammalın həcminin 205 min tondan 1 mln. 392 min tona, yəni 2022-ci ilin göstəricisi ilə müqayisədə 5.5 dəfə artması ilə bağlıdır. O cümlədən, Bakı limanı istiqaməti üzrə “Tengiz” yatağından 1 mln. 057 min ton neft göndərilib.

Bundan əlavə, hesabat dövründə Aktau limanından Mahaçqala limanı istiqamətində 1 milyon 984 min ton neft göndərilib.

Qeyd edilir ki, 2022-ci ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Transxəzər dəhlizi ilə neft nəqlinin artırılması barədə göstəriş verib. Bu göstərişə uyğun olaraq, “KazMunayQaz” və SOCAR arasında “Tengiz” yatağından hasil edilən, Bakı-Tbilisi-Ceyhan kəməri istiqamətində ildə 1.5 mln. ton neftin nəqlini nəzərdə tutan saziş imzalanıb.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər