9 C
Baku
Friday, December 13, 2024

Qazaxıstan parlamenti Türk İnvestisiya Fondunun yaradılması haqqında sazişi ratifikasiya edib

Qazaxıstan parlamenti Türk İnvestisiya Fondunun yaradılması haqqında sazişi ratifikasiya edib.

Bu barədə Qazaxıstan iqtisadiyyat nazirinin müavini Abzal Abdikarimov bildirib.

Qeyd olunub ki, Fondun təsisçiləri Türk Dövlətləri Təşkilatının (TDT) 5 ölkəsidir: Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Türkiyə və Özbəkistan.

“Fondun nizamnamə kapitalı 350 milyon dollardır, hər bir ölkə tərəfindən 70 milyon vəsait təqdim olunur. Bununla yanaşı, kənardan cəlb olunmuş səhmlərin nominal dəyəri 150 milyon dollar təşkil edir. Qazaxıstan gələn il 5 milyon dollar məbləğində ilk məbləği Fonda köçürəcək”, – deyə iqtisadiyyat nazirinin müavini əlavə edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər