Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə özbəkistanlı həmkarı Şavkat Mirziyoyev arasında telefon danışığı olub.
TASS xəbər verir ki, liderlər ikitərəfli əlaqələri müzakirə ediblər.
Dövlət başçıları ticarət-iqtisadi əməkdaşlığın qurulması, investisiya əməkdaşlığının gücləndirilməsi, o cümlədən sənaye, maşınqayırma, nəqliyyat və logistika, kənd təsərrüfatı sahələrində birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparıblar.
Həmçinin ilin sonunadək Qazaxıstan Prezidentinin Özbəkistana səfər etməsi barədə razılıq əldə olunub.