Qazaxıstan hakimiyyəti mayeləşdirilmiş qazın qiymətini rekord həddə endirəcək. Qazaxıstanda mayeləşdirilmiş təbii qazın son dəyəri 2020-ci ilin üçüncü rübündə bir ton üçün 28 min təngə (69 ABŞ dollar) olacaq. Bu barədə ölkənin Energetika Nazirliyi məlumat verib.
Son üç il ərzində qiymət rekord səviyyədə aşağı enəcək. Sonuncu dəfə qazın qiyməti 2017-ci ilin birinci rübündə 28 min tengəyə (69 ABŞ dolları) düşüb. 2018-ci ildən qiymət ton başına 38,7 min tenge (95 ABŞ dolları) səviyyəsində saxlanılıb.
Qeyd edək ki, Qazaxıstanda elektron ticarət platformalarından kənarda daxili bazar üçün qazın qiymətinin dövlət tənzimlənməsi tətbiq edilir. Qazın qiyməti Energetika Nazirliyi tərəfindən hər rüb üçün təsdiq edilir.