Qazaxıstan hakimiyyəti Rusiyanı tərk etmiş 250 Qərb şirkətini öz bazarına köçürmək üzərində işləri, bunu ölkənin baş naziri Əlixan Smailov deyib. Bildirilir ki, artıq 45 xarici şirkət Qazaxıstana köçmək qərarını verib.
Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Əsasən söhbət qeyri-əmtəə sektorunda işləyən şirkətlərdən gedir. Baş nazir hesab edir ki, bu, Qazaxıstanda investisiya layihələrini artıracaq. Onun sözlərinə görə, Qazaxıstan hakimiyyəti hər bir şirkət üçün köməkçi qruplar yaradıb. Qazaxıstana köçməyi planlaşdıran şirkətlər arasında “Skoda”, “Philips” və digərləri var.