9 C
Baku
Thursday, December 12, 2024

Qazaxıstan Rusiyaya hərbi mal tədarükünü dayandırıb

Ukraynada müharibə başlayandan sonra Qazaxıstan Rusiyaya pilotsuz təyyarələr və mikroçiplər də daxil olmaqla 106 adda hərbi mal tədarükünü dayandırıb. 

Bu barədə Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Kayrat Torebayev məlumat verib.

“Əsas problem ixracla bağlıdır. Biz bütün məhsulları ixrac edirik (Rusiya ərazisindən).

Yalnız müharibə ilə bağlı malların ixracı məhdudlaşdırıldı. Bunlar 106 müxtəlif məhsuldur. Biz onların ixracını tamamilə məhdudlaşdırmışıq”, – deyə rəsmi bildirib.

Son xəbərlər
Digər xəbərlər