20 C
Baku
Saturday, September 28, 2024

Qazaxıstan “Şimal-Cənub” marşrutu ilə müəyyən yüklərin daşınmasına 40 % endirim tətbiq edəcək

Qazaxıstan Rusiya-Qazaxıstan sərhəd-keçid məntəqələri vasitəsilə Türkmənistana və digər Mərkəzi Asiya ölkələrinə taxıl, təkrar üyütmə və neft məhsulları istisna olmaqla, əsas mal çeşidləri üzrə daşımalara 40 % endirim tətbiq edəcək.

Bu barədə “Rusiya Dəmir Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.

“Rusiya Dəmir Yolları” cari ilin birinci rübündə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi üzrə yükdaşımaların həcminin ötən illə müqayisədə iki dəfə artacağını və 2.3 milyon tonu ötəcəyini gözləyir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər