11 C
Baku
Wednesday, December 11, 2024

Qazaxıstan tengəsi tarixi minimuma düşdü

Qazaxıstan Fond Birjasında (KASE) ABŞ dolları yenidən bahalaşaraq məzənnəsi 329,67 KZT/USD səviyyəsinə çatıb. Bu, Qazaxıstan tarixində dolların məzənnəsinin maksimal həddidir. KASE-nin orta məzənnəsi bu gün səhər bağlanan əqdlərdə 322,47 tenge/dollar olub ki, bu da dekabrın 11-də qeydə alınan orta məzənnədən 10,55 tenge çoxdur.

“Report”un məlumatına görə, ölkənin valyuta mübadilə məntəqələrində dolların məzənnəsi 330 tenge həddini aşıb. Avronun məzənnəsi isə KASE-də 357 tengeyə çatıb. Ekspertlər bildirirlər ki, tengenin məzənnəsinin kəskin enməsi neft qiymətlərinin düşməsi fonunda ölkə iqtisadiyyatında vəziyyətin pisləşməsi ilə bağlıdır. “Private Asset Management” investisiya şirkətinin tədqiqatlar şöbəsinin müdiri Dəmir Seysebəyov “Bloomberg” agenliyinə verdiyi müsahibədə tengenin “üzən” məzənnədə olması, iqtisadi şəraitin pisləşməsi fonunda dollara tələbat artdığından, tengenin kəskin zəiflədiyini bildirib. O, əlavə edib ki, neftin qiyməti yaxın gələcəkdə düşməyə davam edəcək ki, bu da tenge üzərində gərginliyi artıracaq.

Qeyd edək ki, Qazaxıstan 2015-ci il avqustun 20-də “üzən” məzənnə rejiminə keçib. O zaman dolların məzənnəsi 188 tengeyə bərabər olub. Məzənnə siyasətindəki dəyişiklikdən sonra dollar tenge ilə müqayisədə 75% möhkəmlənib.

Son xəbərlər
Digər xəbərlər