22 C
Baku
Friday, April 19, 2024

Qazaxıstan un və taxıl ixracına qoyulan məhdudiyyətləri aradan qaldırır

Sentyabrın 10-dan Mərkəzi Asiyanın ən böyük taxıl istehsalçısı olan Qazaxıstan buğda və unun ixracına qoyulan məhdudiyyətləri aradan qaldıracaq. Bununla belə, respublika hökuməti iri və xırdabuynuzlu mal-qaranın ixracı üçün kvota tətbiq edəcək.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Ölkənin Kənd Təsərrüfatı Nazirliyi aprelin əvvəlində un və taxılın ixracına məhdudiyyətlər qoyub, sonra qərar daxili bazarın qorunması mülahizələri ilə izah edilib. Qazaxıstandan mal-qaranın ixracına qadağa 2022-ci il yanvarın 21-dən iyulun 21-dək qüvvədə olub.

Son xəbərlər
Digər xəbərlər