6 C
Baku
Sunday, December 15, 2024

Qazaxıstan və Azərbaycan arasında kənd təsərrüfatı sahəsində ikitərəfli ticarət dövriyyəsinin həcmi 146 mln. dollar olub

“Qazaxıstan və Azərbaycan arasında kənd təsərrüfatı sahəsində qarşılıqlı faydalı əməkdaşlıq üçün böyük potensial mövcuddur”.

Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyev ilə danışıqların yekunları üzrə keçirilən mətbuat konfransında deyib.

“Ötən ilin yekunlarına görə, kənd təsərrüfatı məhsullarının ikitərəfli ticarət həcmi 3 dəfə artaraq 146 milyonABŞ dolları təşkil edib. Beləliklə, bu gün kənd təsərrüfatı ümumi ticarət dövriyyəmizin üçdə birindən çoxunu təşkil edir. Biz kənd təsərrüfatı məhsullarının qarşılıqlı tədarükünün artırılmasının vacibliyini qeyd etdik”, – Tokayev bildirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər