6 C
Baku
Sunday, December 15, 2024

Qazaxıstan və İran ticarət dövriyyəsini $3 mlrd.-a çatdıracaq

Qazaxıstan və İran qarşılıqlı ticarət dövriyyəsini 3 milyard dollara çatdırmaq üçün Fəaliyyət Planı imzalayıb.

Bu barədə Qazaxıstan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Sənədi Tehranda keçirilən iki ölkə arasında ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 19-cu iclasında Qazaxıstanın Baş nazirinin müavini Serik Jumanqarin və İranın kənd təsərrüfatı naziri Məhəmməd Əli Nikbəxt imzalayıblar.

Qazaxıstan istehsalçıları iranlı istehlakçılara ümumi dəyəri təxminən 250 milyon dollar olan 75 adda məhsul təqdim etməyə hazırdırlar.

M.Əli.Nikbəxtin sözlərinə görə, İran müəssisələri Qazaxıstana balıq və süd məhsulları, bal, meyvə-tərəvəz, quru meyvələr və digər ərzaq məhsullarının tədarükünü təşkil edə bilər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər