28 C
Baku
Saturday, July 27, 2024

Qazaxıstan Xəzər dənizində sərhədlərini müəyyən edən müqaviləni ratifikasiya etdi

Qazaxıstan parlamenti Türkmənistanla Xəzər dənizində sərhəd xətlərinin müəyyən edilməsi haqqında sazişi təsdiqləyib.

Qazaxıstanlı senator Nurcan Nursipatov mövzu ilə bağlı açıqlamasında Qazaxıstan və Türkmənistan arasında ortaq sərhədlərin müəyyənləşdirilməsində yeni mərhələyə keçildiyini bildirib.

“Xəzər dənizinin iqtisadi, sosial və mədəni əhəmiyyətini nəzərə alaraq, sazişin ratifikasiyası iki ölkənin dövlət sərhədi məsələlərinə qarşılıqlı hörmət əsasında qurulub, etimad və bərabərlik ruhunda həlli ilə nəticələnəcək”, – deyə o qeyd edib.

Sərhəd razılaşması Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin imzasından sonra qüvvəyə minəcək.

Son xəbərlər
Digər xəbərlər