10 C
Baku
Thursday, December 12, 2024

Qazaxıstana avtomobillə buğda gətirmək qadağan edilib

Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi yarım il müddətinə ölkəyə avtomobil nəqliyyatı ilə buğda gətirməyi qadağan edib.

Bu barədə qərar Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qəbul olunub.

Nazirlik müvafiq qərarı son zamanlar qanunsuz taxıl idxalı ilə bağlı yerli buğda və un bazarında yaranan cari vəziyyətin diktə etdiyini bildirib. Ekspertlərin sözlərinə görə, Qazaxıstanda qanunsuz taxıl idxalı il ərzində 1.5-2 milyon tona çatır, bunun dövlətə vurduğu zərər isə 500 milyon dollar həcmində qiymətləndirilir.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər