Qazaxıstan karantin rejimini avqustun 2-dək uzadıb. Banker.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Əsgər Mamin məlumat verib.
Onun sözlərinə görə, Qazaxıstanda yoluxma halların sabit dinamikası müşahidə olunsa da, Səhiyyə Nazirliyi epidemioloji vəziyyətin daha da yaxşılaşdırılması üçün məhdudlaşdırıcı tədbirləri uzatmağı təklif edir.
“Məhdudlaşdırıcı tədbirlər iyulun 20-dən avqustun 2-dək uzadılacaq”, – Mamin söyləyir.
Qeyd edək ki, son məlumata görə ölkədə 61,7 min insan yoluxub, onlardan 35,9 mini sağalıb