15 C
Baku
Friday, November 8, 2024

Qazaxıstanda peyvəndin kütləvi vurulmasına fevralın 1-də başlanılacaq

Qazaxıstanda ən koronavirusa yoluxmanın pik həddi mart ayında gözlənilir

Proqnozlara görə mart ayında yoluxma sayının gündəlik 3 minə qədər arta bilər.

Bu barədə Qazaxıstan səhiyyə naziri Aleksey Tsoy bildirib.

Nazir Rusiyanın “Sputnik V” peyvəndinin ölkədə kütləvi vurulmasına fevralın 1-dən başlanılacağını açıqlayıb.

Qazaxıstana “Sputnik V” peyvəndinin idxalına yanvarın 20-də icazə veriləcək. Koronavirus infeksiyasına qarşı peyvəndin mərhələli şəkildə həyata keçiriləcəyi proqnozlaşdırılır.

Birinci mərhələdə bu il fevralın 1-də tibb müəssisələrinin işçilərinin, ikinci mərhələdə mart ayında – ali, orta təhsil müəssisələrinin müəllimləri, üçüncü mərhələdə isə aprel ayında internat məktəbləri, məktəbəqədər təhsil müəssisələri müəllimləri, tələbələr, xroniki xəstəlikləri olan insanlara peyvənd vurulacaq.

Qeyd edək ki, Qazaxıstanda COVID-19 infeksiyasına yoluxma sayında artım müşahidə olunur. Son sutka ərzində 999 yeni yoluxma qeydə alınıb, ümumilikdə yoluxanların sayı 170 min 98-ə çatıb.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər