-1 C
Baku
Sunday, December 15, 2024

Qazaxıstanın “Halyk Bank”ı “Mir” kartlarına xidməti dayandırıb

Qazaxıstanın ən böyük bankı olan “Halyk Bank” (“Xalq Bankı”) hazırda Rusiyanın Mir kartlarına xidmət göstərmir, Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

“Hazırda Qazaxıstan Respublikasında “Mir” sisteminin kartları ilə “Halyk Bank” POS-terminalları vasitəsilə ödənişlərin aparılması dayandırılıb. Bankomatlarda da kart xidməti mövcud deyil. Bu ödəniş sistemindən istifadə etməklə əməliyyatlar nə terminallarda, nə də bankomatlarda həyata keçirilir. Bundan əlavə, bankımız “Mir” kartlarının buraxılışını dayandırıb”, – mesajda deyilir.

Onun sözlərinə görə, bu, noyabrın 14-nə olan məlumatdır, ABŞ Maliyyə Nazirliyinin (OFAC) bölməsi olan Xarici Aktivlərə Nəzarət İdarəsindən məktub barədə hələ ki, zəng mərkəzinin əməkdaşları məlumat almayıblar.

Xatırladaq ki, daha əvvəl Qazaxıstan bankları ABŞ-ın Xarici Aktivlərə Nəzarət İdarəsindən (OFAC) fiziki şəxslərin istifadə etdiyi Rusiyanın “Mir” sisteminin ödəniş kartları ilə əməliyyatlara xidmət göstərmək üçün icazə alıb. Bu barədə Qazaxıstanın Maliyyə Bazarının Tənzimlənməsi Agentliyi məlumat yayıb.

Son xəbərlər
Digər xəbərlər