12 C
Baku
Saturday, May 18, 2024

Qazaxıstanın Mərkəzi Bankı ilin ilk faiz qərarın verdi

Qazaxıstanın Milli Bankı (Mərkəzi Bankı) cümə günü uçot faiz dərəcəsini dəyişməyərək 16.75% səviyyəsində saxlayıb və ehtimal edilir ki, uzun müddət bu səviyyədə qalacaq.

Banker.az xəbər verir ki, dekabr ayı inflyasiya rəqəmləri mərkəzi bankın proqnozlarına uyğun idi ki, bu da öz növbəsində requlyatorun bu addımı atacğını birja artıq gözləyirdi.

Qazaxların mərkəzi bankı ötən ilin startını 10.25% uçot faiz dərəcəsi ilə başlasalarda, 2022-ci ilin fevralın sonundakı məlum Rusiyanın Ukraynanı işğalından sonra qlobal “şok”dan sonra faizləri yüksəltməyə başladı. Beləliklə, ilin sonuna 16.75%-ə qədər qaldırdı. Ətraflı.

İnflyasiya Orta Asiya ölkəsində illik ifadədə 20%-dən çox sürətləndi ki, bu da 1990-cı illərdən bəri ən yüksək göstəricidir. Lakin bu da nəzərə alınmalıdır ki, aydan-aya nisbətən yavaşlamağa başladı.

Bankın bəyanatında deyilir ki, Rusiya-Ukrayna münaqişəsi də daxil olmaqla qeyri-müəyyənlik yüksək olaraq qalır və inflyasiya risklərini azaltmaq üçün pul siyasətini sərt saxlamaq lazımdır.

Eyni zamanda, faiz dərəcələrinin daha da artırılması üçün potensialın “məhdud” olduğunu bildirib. Bank makroiqtisadi proqnozlarını yenilədikdən sonra növbəti dəfə fevralın 24-də faiz dərəcəsinə yenidən baxacaq.

Qazaxıstanın milli pulu tenge (KZT) 2022-ci ildə çox geniş bir volatillik yaşadı. USD/KZT geosiyasi və qlobal miqyasda sərtləşən monetar mühitdən təsirlənərək martda 520.00 səviyyəsinə qədər yüksldi. Hazırda isə məzənnə 460.00 səviyyəsindən aşağıda hərəkət etməkdədir.

32432433244

Son xəbərlər
 ⁠
Digər xəbərlər