11 C
Baku
Wednesday, December 11, 2024

“Qazın qiymət həddi səviyyəsi ilə razılaşmaq çətin olacaq”

Avropa İttifaqında Rusiya qazı üçün qiymət həddi səviyyəsi ilə bağlı razılaşmanı əldə etmək çətin olacaq, çünki üzv ölkələrin ən böyük TTF satış mərkzində (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) qiymət artımlarının məhdudlaşdırılması mexanizmi layihəsi ilə bağlı fərqli fikirləri var.

Bu barədə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson bildirib.

“Məqsəd həddən artıq qaz qiymətlərini məhdudlaşdırmağa imkan verəcək bazar korreksiyası mexanizmini müzakirə etmək və razılaşdırmaqdır. Bu, asan olmayacaq, çünki biz belə bir mexanizmin fayda və risklərini balanslaşdırmalıyıq. Həmdə bu ona görə asan olmayacaq ki, ölkələrin çox fərqli fikirləri və mexanizmə görə müxtəlif narahatlıqlar var”, – Kadri Simson qeyd edib.

O məhdudiyyətlərlə bağlı qərara gəlmək üçün konstruktiv müzakirə və çeviklik nümayişi gözlədiyini vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər