Rusiyanın məşhur “Qazprom” şirkəti Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. Bu nəhəng şirkətin ölkəmizə daha çox yaxınlaşması diqqətdən yayınmır və son günlər KİV-lərdə bununla bağlı geniş məlumatlar dərc olunmaqdadır.
Holdinqin Azərbaycanla maraqlanmasının səbəbi nədir?
AzVision.az məşhur rusiyalı iqtisadçı, “Alpari” analitik departamentinin direktoru Aleksandr Razuvaevdan məsələni şərh etməyi xahiş edib. Ekspert qeyd edib ki, Azərbaycan“Qazprom”un maraqlarının olduğu ölkələrdəndir:
“Qazprom” 2000-ci ildən 2006-cı ilədək Azərbaycana qaz nəql edib. Lakin bundan sonra “Şahdəniz” yatağının işə düşməsi ilə əlaqədar nəql dayandırılıb. Azərbaycan təbii qaza olan tələbatını özü ödəməyə başlayıb. Hazırda “Qazprom” üçün həm Azərbaycana qaz tədarükü, həm də birgə layihələrə maraqlıdır. Hazırda Azərbaycana qaz tədarükü ilə bağlı SOCAR-la danışıqlar gedir.
Birgə layihələrdən danışsaq, onda “Qazprom” yalnız qaz deyil, həm də neft və elektroenergetika şirkətidir. Potensial olaraq holding Azərbaycan üçün olduqca tərəfdaşdır. Bu il şirkət energetika şirkətlərinin qlobal reytinqi olan “S&P Platts Top 250”-də ilk pilləni tutub. Ümumi reytinqdə birinci pilləyə qalxan “Qazprom” gəlirliliyə görə energetika şirkətləri arasında birinci yeri (16,7 milyard dollar), aktivlərinin dəyərinə görə beşinci (təxminən 297 milyard dollar), xalis gəlirə görə 7-inci (107,2 milyard dollar) və investisiyakapitalının gəlirliyinə görə 41-ci pillədə qərarlaşıb.
“Qazprom”, həmçinin Azərbaycandan olan maliyyə investorları üçün də maraqlı ola bilər. Bildiyiniz kimi, gələn il “Qazprom”la eyni dəyərə malik “Saudi Aramco” şirkətinin səhmləri bazara çıxarılacaq. Şirkət özünü 2 milyard dollar səviyyəsində dəyərləndirib, bu isə qaz holdingindən 40 dəfə çoxdur. “Qazprom”un aksiyaları Rusiya bazarında ən yaxşı qiymətli kağızdır və səhmdarları yaxşı dividentlər qazanır.