8 C
Baku
Friday, December 13, 2024

“Qazprom” neftin qiymətini $100-ə çatması qənaətindədir – Səbəb açıqladı

Neftin bir barelinin qiyməti İrana qarşı sanksiyalara görə 100 dollara çata bilər.

Banker.az Trend-ə istinadən məlumat verir ki, Rusiyanın “Qazprom neft” şirkətinin rəhbəri Aleksandr Dyukov belə hesab edir.

O, son günlərdə neft bazarında qiymət artımının müşahidə olunduğunu xatırladıb:

“Qiymətə gəldikdə isə şübhəsiz ki, İran neftinə münasibətdə tətbiq edilməsi gözlənilən sanksiyalarla əlaqədar olaraq kəsirin yaranma riski qiymətə təsir edir”.

Bununla belə, A.Dyukov qeyd edib ki, qiymət artımında nə istehsalçılar, nə də istehlakçılar maraqlıdır.

Son xəbərlər
Digər xəbərlər