25 C
Baku
Friday, May 24, 2024

Qazprombank: “Azərbaycanın sabit məzənnə üçün kifayət qədər resursları var”

Azərbaycan sabit məzənnə rejimini saxlamaq üçün kifayət qədər resurslara malikdir.

Bunu Rusiyanın “Qazprombank”ın Tədqiqatlar şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina deyib.

O bildirib ki, Azərbaycan beynəlxalq valyuta ehtiyatlarının kifayət qədər olmasına görə MDB məkanında ən yüksək göstəriciyə malikdir.

“Dövlət Neft Fondunun (ARDNF) birinci rübün sonuna olan göstəricilərini nəzərə alaraq, bu il iyulun 1-nə Azərbaycanın beynəlxalq ehtiyatları 62,5 milyard ABŞ dolları təşkil edib ki, bu da ümumi daxili məhsulun 80 %-nə yaxındır və ölkənin 45,7 aylıq idxalına bərabərdir.

Azərbaycan Mərkəzi Bankının (AMB) hərraclarda valyuta satışları xarici risklərə baxmayaraq mülayim olaraq qaldığını və əsasən büdcə xərclərinin qrafiki ilə müəyyən edildiyini nəzərə alaraq, onun dinamikasını Azərbaycanın suveren reytinqləri və avrobondları üçün neytraldır”, – o qeyd edib.

G.Xaydarşina vurğyulayıb ki, dünən keçirilən AMB-nin hərracında valyuta satışının həcmi (32,1 milyon ABŞ dolları) əvvəlki həftə ilə eyni olub: “Çərşənbə axşamı valyuta satışları büdcə xərclərinin pik həddə çatdığı ötən ilin IV rübündəki orta səviyyədən 39,6 % az, 2020-ci ilin mart ayından – pandemiadan sonrakı dövrdə qeydə alınan ən yüksək göstəricidən isə (323,2 milyon ABŞ dolları) 10,1 dəfə az olub. Bu baxımından AMB-nin hərraclarında valyuta satışlarının həcmi büdcə xərclərinin qrafikinə uyğun olaraq qalır”.

O hesab edir ki, ötən ilin dekabr ayında satışlarda qeydə alınan sıçrayış birdəfəlik xarakter daşıyıb və ilk növbədə həmin ay pik səviyyəyə yüksələn büdcə xərclərinə görə olub.

“Büdcəyə edilən dəyişikliklərə əsasən, 2023-cü ildə ARDNF-nin dövlət büdcəsinə transfertləri 11,7 milyard manat (6,9 milyard ABŞ dolları) həcmində nəzərdə tutulub. Bir qayda olaraq, II və III rüblər ərzində büdcə xərcləri pik səviyyədə olmur. Bundan başqa, karbohidrogen bazarında gözlənilən sabitləşməni nəzərə alsaq, gələcək 2 ayda ARDNF-in valyuta satışlarında ciddi artım gözləmirik”, – “Qazprombank”ın baş iqtisadçısı deyir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər