Bu ilin yanvar-oktyabr aylarında Rusiyanın “Qazprom” şirkətinin qaz ixracından əldə etdiyi gəlirlər 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 44% azalaraq 19,04 mlrd. ABŞ dolları təşkil edib.
Rusiya Federal Gömrük Xidmətinin verdiyi məlumata görə, hesabat dövründə şirkət 159 mlrd. kubmetr qaz ixrac edib. Bu da 11,4%-lik azalma deməkdir.