15 C
Baku
Tuesday, April 30, 2024

Qeyri adi sikkələr

Yeni Zelandiyada “Hobbit” kinotrilogiyasının ilk hissəsinin premyerasının şərəfinəü dövriyyə filmin baş qəhrəmanlarının o cümlədən Bilbo Beqqins və Qendalf kimi personajların təsvirləri olan qızılı sikkələr buraxacaqdır.

Yeni sikkələr satışa noyabrın 1-də çıxacaq və Yeni Zelandiya dolları ilə bərabər hüquqlu səviyyədə mal və xidmətlər əvəzində ödəniş vasitəsi kimi istifadə ediləcək. Ən bahalı sikkə isə bir unsiya (28,3 qram, troya unsiyası ilə ölçdükdə isə 31,1 qram) qızıldan hazırlanacaq və o Tolkienin pərəstişkarlarına 3 695 YZ dollarına (3020 ABŞ dollarına) başa gələcək. Bununla yanaşı sikkənin nominal dəyəri 10 YZ dollarına bərabərdir.

Ən ucuz isə nominal dəyəri 1 YZ dolları olan sikkədir, onu isə 29,9 ABŞ dollarına almaq mümkün olacaq.

Piter Ceksonun «Hobbit: Gözlənilməz səyahət» filminin təqdimatı 2012-ci ilin noyabrın 28-də baş tutacaq. Yeni Zelandiyanın filminin çoxdan gözlənilən premyerasına əsaslı şəkildə hazırlaşırlar. Bu mərasim münasibəti ilə paytaxt Vellinqton şəhərinin adı dəyişdirilərək The Middle of Middle-Earth (Aralıq torpaqlar arası) adlandırılacaq.

Financebigmir bir zaman dünyanın müxtəlif ölkələrinin mərkəzi bankları tərəfindən buraxılmış ən qeyri adi sikkələrinin siyahısını tərtib edib.

moneti neobichni

1. Okean ətirli sikkə, Palau. Qəpiyi bir az sürtdükdə qoxunu hiss etmək mümkündür.

32. Palaudan daha bir şedevr. “Nəhəng qılınclı insan” –adını almış sikkə Qrünvald döyüşünün 600 illiyinə həsr olunub.

4

3. 3D-sikkələr, Somali. Belə bir “xırda pulu” öz cibində təsəvvür etmək çətin məsələdir.

5

4. “Bahalı motosikletlər”, Somali. Sikkə bir tərəfdən rənglidir.

6

5. Concorde təyyarəsinin hissəsiklərindən düzəlmiş sikkələr. Tristan-da-Kunya. Sikkə 2009-cu ildə təyyarənin 20 illiyi münasibəti ilə buraxılmışdı. 

Son xəbərlər
 ⁠
Digər xəbərlər