Yaponiyanın Əmək Nazirliyi, 20 ildən artıq bir müddət ərzində qeyri-dəqiq statistikanı dərc edərək, 20 milyon insanın zərər almasına səbəb olub. Banker.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Yaponiyada 19,73 milyondan çox insan, təqribən 53,7 milyon yen (və ya $497 milyon) ala bilməyib. Bunun səbəbi isə Əmək Nazirliyinin və Səhiyyə Nazirliyinin 20 ildən çox bir müddət ərzində qeyri-dəqiq məlumatları dərc etməsi olmuşdur.
Qeyd edildiyi kimi, statistikada qeydi-dəqiqliyə hələ 1996-cı ildən başlayaraq yol verilməyə başlayıb. Bu, işçilərə verilən ödəmələrə əsaslı şəkildə təsirini göstərib. Nazirlik bildirib ki, bu məsələ ilə bağlı zərər çəkmiş hər bir kəsə çatışmayan vəsaitlər qaytarılacaqdır.
Qeyri-dəqiqlik ucbatından Yaponiya, 2019-cu maliyyə ilinə aid büdcə layihəsini yenidən nəzərdən keçirməli olacaq. Maliyyə ili aprelin 1-dən başlayacaq.