Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarında proqnozlara nisbətən daha çox yığım 2021-ci ilin yanvar-mart aylarında əsasən ƏDV və gəlir vergisi üzrə qeydə alınıb.
Banker.az xəbər verir ki, ƏDV daxilolmalarında proqnoza nisbətən 28,1 faiz, mənfəət vergisi üzrə 25,7 faiz, gəlir vergisi üzrə 4,2 faiz, sadələşdirilmiş vergi üzrə 9,4 faiz daha çox vəsait daxil olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə ƏDV üzrə artım 10,1 faiz, aksizlər üzrə 42,6 faiz, mənfəət vergisi üzrə 11,2 faiz, gəlir vergisi üzrə 3,6 faiz, mədən vergisi üzrə 29,3 faiz, torpaq vergisi üzrə 36,2 faiz, əmlak vergisi üzrə 3,6 faiz təşkil edib.
Vergi daxilolmalarında ƏDV, aksiz və mənfəət vergilərinin xüsusi çəkisinin artımı müşahidə olunur. Qeyri-neft-qaz sektorunda ƏDV, aksiz, topraq, mədən və mənfəət vergisinin artım templəri qeyri-neft ÜDM-in nominal artım tempini 4,9 faiz üstələyib. Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının strukturunda ƏDV-nin xüsusi çəkisi 35,2 faizə, mənfəət vergisi üzrə 29,1 faizə, gəlir vergisi üzrə 18,1 faizə, aksizlər üzrə 6,2 faizə qalxıb. Bu tədiyələrdə yüksək artım dinamikası dövriyyələrin şəffaflaşdırılması şəraitində müşahidə olunmaqdadır.