1 C
Baku
Saturday, December 14, 2024

Qeyri neft-qaz sektorundan vergi daxilolmaları 19%-dən çox artıb

2023-cü il ərzində qeyri neft-qaz sektorundan vergidaxilolmaları əvvəlki illə müqayisədə 19.3% artaraq 9 mlrd. 707.8 milyon manat təşkil edib.

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsində paylaşım edib.

“Ölkəmizin maliyyə dayanıqlığının təmin edilməsində vergilərin rolu ildən-ilə artır. 2023-cü il ərzində Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2022-ci illə müqayisədə 3.8% artaraq 16 mlrd. 126.7 milyon manata çatıb”, – deyə nazir paylaşımda bildirib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər