18 C
Baku
Sunday, April 28, 2024

Qeyts Fondu inkişaf etməkdə olan ölkələrdə süni intellekt layihələrinə $5 mln. ayırır

Bill və Melinda Qeyts Fondu aşağı və orta gəlirli ölkələrdə problemləri hədəfləyən süni intellekt proqramlarını inkişaf etdirmək üçün ümumi dəyəri 5 milyon dollar olan 48 qrant ayırır, Banker.az bu barədə Forbes-ə istinadən xəbər verir.

Fonddan bildirilib ki, layihələrin hər biri 100 min dollar alacaq. Mükafat alanlar arasında Pakistan, Vyetnam, Braziliya, Uqanda və digər ölkələr var. Pakistandakı tədqiqatçılar səhiyyə işçilərinə elektron sağlamlıq qeydlərini yaratmağa və idarə etməyə imkan verəcək ChatGPT əsaslı çat-bot hazırlayırlar.

Ümumilikdə fonda 103 ölkədən tərtibatçılar və şirkətlərdən 1300-ə yaxın təklif daxil olub. Müraciətlər bir neçə meyar əsasında qiymətləndirilib: iş aşağı və orta gəlirli ölkədə aparılmalı, inkişaf kritik ictimai məsələ ilə bağlı olmalı və LLM əsasında aparılmalıdır.

Fond qrant alanlara potensial riskləri qiymətləndirməyə kömək etmək üçün qlobal AI dəstək mərkəzi yaradıb. Onun süni intellekt üzrə təhlükəsizlik komitəsinin kompüter alimi Juliana Rotiç bildirir ki, Qlobal Şimal ölkələri tərəfindən hazırlanmış alətlərin əksəriyyəti məhdud resursları olan, çox vaxt natamam və qeyri-dəqiq olan regionların məlumatlarından istifadə edir.

Həmçinin tədqiqatçılar ChatGPT və açıq məlumatlar, eləcə də faktiki qeyri-dəqiqliklər, irqi və gender qərəzləri əsasında öyrədilmiş digər AI modellərinin səhvləri ilə mübarizə aparmalıdırlar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər