10 C
Baku
Friday, December 13, 2024

QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı qrant müsabiqəsi elan olunub

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (Şura)  ilə birgə 2020-ci ildə QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı qrant müsabiqəsini elan edir. Birgə keçirilən qrant müsabiqəsində Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş və sözügedən mövzu üzrə ixtisaslaşmış Qeyri-Hökumət Təşkilatları iştirak etməyə dəvət edilir.

İİTKM və Şura “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq aşağıdakı mövzular üzrə layihələri qəbul edir:


SN


Müsabiqə mövzusunun adı

Bir layihə üçün maksimum məbləğ

Maliyyələşdirilməsi nəzərdə tutulan layihə sayı

1.

Strateji yol xəritələri ilə bağlı ictimaiyyətin məlumatlandırılmasına dair təşəbbüslər

8000 (səkkiz min) manatadək

2-dək layihə

2.

Qeyri-neft sektoru üzrə ixracın dəstəklənməsinə dair təşəbbüslər

8000 (səkkiz min) manatadək

3-dək layihə

3.

Azərbaycanda həyata keçirilən islahatların nəticəsində rəqəmsal iqtisadiyyatın genişləndirilməsinə dair təşəbbüslər

8000 (səkkiz min) manatadək

3-dək layihə

4.

Azərbaycanda innovativ startapların inkişafının dəstəklənməsinə dair təşəbbüslər

8000 (səkkiz min) manatadək

2-dək layihə



Müsabiqədə iştirak edən Qeyri-Hökumət Təşkilatı irəli sürdüyü problemin həlli ilə bağlı müvafiq sahələr üzrə zəruri potensiala malik işçi (ekspert) heyətinə malik olmalıdır. Qeyd edək ki, layihələrin müddəti 2 aydan 8 ayadək ola bilər. Müsabiqə fondunun büdcəsi 80 000 (səksən min) manat təşkil edir. Müsabiqədə ümumilikdə 10-dək layihənin maliyyələşdirilməsi nəzərdə tutulur. Bildirmək istərdik ki, 2019-cu il yanvarın 1-dən sonra dövlət qeydiyyatından keçmiş QHT-lər 3000 (üç min) manatdan artıq olmayan məbləğdə layihə təklifləri ilə müraciət edə bilər. 

Müsabiqə üzrə QHT və layihə sənədlərinin qəbulu 20 noyabr 2019-cu ildən elektron qaydada həyata keçirilir. Müsabiqə prosesi 4 mərhələ üzrə aparılır:

  • 1-ci mərhələ – QHT və layihə sənədlərinin qəbulu; Bu mərhələ 20 noyabr–16 dekabr 2019-cu il tarixlərini əhatə edir.
  • 2-ci mərhələ – QHT və layihə sənədlərinin texniki seleksiyası; Bu mərhələ 20 noyabr– 26 dekabr 2019-cu il tarixlərini əhatə edir. Təqdim olunan QHT və layihə sənədləri araşdırılır və layihənin qeydə alınıb-alınmaması barədə QHTyə elektron bildiriş göndərilir. 
  • 3-cü mərhələ – Qeydə alınmış layihələrin vətəndaşlar və ekspertlər tərəfindən qiymətləndirilməsi; Bu mərhələ 27 dekabr 2019-cu il – 27 yanvar 2020-ci il tarixlərini əhatə edir. Bu mərhələdə qeydə alınmış layihələr Şuranın e-vətəndaş proqramı vasitəsilə vətəndaşlar və e-ekspertiza proqramı vasitəsilə ekspertlər tərəfindən elektron qaydada qiymətləndirilir. 
  • 4-cü mərhələ – Şurada müzakirə və qaliblərin elan edilməsi; Müsabiqənin nəticələri barədə məlumatlar 2020-ci il fevral ayının 10-dan sonra Şuranın rəsmi saytında və digər internet resurslarında yerləşdiriləcək.
Son xəbərlər
Digər xəbərlər