Qida Agentliyi dörd obyektdə pozuntular aşkarlayıb.
Banker.az xəbər verir ki, AQTA-dan verilən məlumata görə, Monitorinqlər zamanı 4müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail rayonu, Kiçik qala 19 ünvanında yerləşən, fiziki şəxs Nəcəfli Abbas Həbib oğluna məxsus “Manqal old” restaranı;
2. Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən, fiziki şəxs Əliyev Rasim Oruc oğluna məxsus kafe;
3. Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən, fiziki şəxs Hüseynov Arif Nəriman oğluna məxsus kafe;
4. Kürdəmir rayonu, Karrar ünvanında yerləşən, fiziki şəxs Ağayev Tural Firidun oğluna məxsus kafe.