1 C
Baku
Saturday, December 14, 2024

Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların reyestri aparılacaq

“Qida təhlükəsizliyi haqqında” Qanun layihəsində qida məhsullarının izlənmə sisteminin tətbiq edilməsi, qida zəncirində fəaliyyət göstərən subyektlərin (obyektlərin) qeydiyyatı və təsdiqi prosesinə yeni baxış, ümumilikdə istehlakçı hüquqlarının müdafiəsinə dövlət nəzarətinin daha da gücləndirilməsinə hədəflənib.

Banker.az bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.

Agentlik bildirir ki, qanun layihəsində qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi üçün həmin məhsulların təhlükəli hesab edilməsinə əsas verən halların reyestrinin yaradılması istehlakçılarda təhlükəli məhsullar və həmin məhsulların  təhlükəliliyinə səbəb olan hallar barədə ətraflı məlumat almağa, istehlakçı hüquqlarının müdafiəsinə imkan yaradacaq. Həmçinin qanunda qida və yem məhsullarının təhlükəli hesab edilməsi ilə bağlı hallar müəyyən edilərək, bu halların aşkar edilməsi zamanı həmin məhsulların ilkin istehsalı, istehsalı, emalı və dövriyyəsinin qadağan edilməsi nəzərdə tutulur. Eyni zamanda bu cür qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların reyestrinin aparılması və bunun vətəndaşlar üçün açıq olması ictimai nəzarətin daha da gücləndirilməsinə imkan yaradacaq.

İctimaiyyət nümayəndələri tərəfindən verilən bu dəstək ümumi işin xeyrinə olmaqla, qida təhlükəsizliyinin təmin olunması sahəsində daha təkmil və sağlam mexanizmlərin formalaşmasına gətirib çıxaracaq. Bu proses hər bir vətəndaşın istehlakçı olaraq, ictimai nəzarətin təşkilində iştirakının gücləndirilməsinə şərait yaradacaq.

Son xəbərlər
Digər xəbərlər