Qırğızıstanın Nəqliyyat və Yollar Nazirliyi Azərbaycan hökumətindən tranzit daşımaları üzrə kvotaların artırılmasını istəyib.
Bu barədə nazir müavini Jenişbek Noğoybayev iqtisadi və humanitar əməkdaşlığa dair hökumətlərarası komissiyanın 3-cü iclasında bildirib.
“Bizə daha çox kvota ayrılması üçün sizə müraciət etmişik. Bu ay Azərbaycandan nəqliyyat sahəsinə aid nümayəndə heyəti gözləyirik. Həmin heyət gələndən sonra daşımalara dair əlavə kvotalara icazə veriləcəyinə ümidvarıq”, – Qırğızıstan rəsmisi qeyd edib.
Azərbaycanın baş nazirinin müavini Yaqub Eyyubov isə məsələ ilə tanış olduqlarını və ciddi yanaşdıqlarını bildirib.