10 C
Baku
Friday, November 15, 2024

Qırğızıstan-Tacikistan qarşıdurmasında həlak olanların sayı açıqlanıb

Cümə günü əldə olunmuş atəşkəsə baxmayaraq, Qırğızıstan-Tacikistan sərhədində qarşıdurmalar davam edir.

Qırğızıstan bəyan edib ki, Tacikistan sərhəddəki bəzi kəndləri top mərmiləri ilə vurub.
Batken bölgəsi üçün “fövqəladə vəziyyət” qərarı verilib. Bəyanatda Tacikistanın işğal etdiyi bütün kəndlərin geri alındığı vurğulanıb. Qırğızıstan qarşıdurmalarda 59 itki verdiyini, yaralıların sayının isə 144-ə yüksəldiyini açıqlayıb. Sentyabrın 19-da münaqişədə həlak olanların xatirəsinə ümummilli matəm elan edilib.

Banker.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 136 mindən çox insan bölgəni tərk edib.

Tacikistan isə qarşıdurmalarda itkilərinin sayının 35 olduğunu açıqlayıb.

Rusiya prezidenti Vladimir Putin tərəfləri gərginliyi artırmamağa çağırıb.

Son xəbərlər
Digər xəbərlər