17 C
Baku
Saturday, May 4, 2024

Qırğızıstan Türkiyədən müasir PUA-lar alıb

Qırğızıstan Türkiyə istehsalı olan müasir pilotsuz uçuş aparatları (PUA) – “Bayraktar Akıncı” alıb.

Bu barədə Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyev sosial şəbəkədə məlumat verib.

“Akıncı bizimdir! Qardaş xalqa təşəkkür edirik”, – o yazıb.

“Bayraktar Akıncı” hava-hava tipli raketlərlə silahlana bilən pilotsuz uçuş aparatıdır. Türkiyə Hərbi Hava Qüvvələri 2021-ci ildən bu PUA-lardan istifadə edir.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər