24 C
Baku
Friday, April 26, 2024

Qırğızıstanın yeni prezidenti ilk xarici səfərini Rusiyaya edəcək

Qırğızıstanın yeni seçilmiş prezidenti Sadır Japarov ilk xarici səfərini Rusiyaya etməyi planlaşdırır.

TASS-ın verdiyi xəbərə görə, bu barədə Qırğızıstan Baş nazirinin müavini Ravşan Sabirov parlamentdə çıxışı zamanı bildirib.

“Yeni prezidentin ilk səfəri Rusiyaya planlaşdırılır”, – deyə o qeyd edib.

Baş nazirin müavini səfərin tarixini açıqlamayıb.

Xatırladaq ki, yanvarın 10-da Qırğızıstanda növbədənkənar prezident seçkiləri keçirilib. Dövlət başçısı postu uğrunda 17 namizəd mübarizə aparıb. S. Japarov səslərin 79,2%-ni toplayaraq qalib gəlib. Onun andiçmə mərasimi yanvarın 28-də keçiriləcək.

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər