-1 C
Baku
Sunday, December 15, 2024

Qırmızı dənizdə Britaniyaya məxsus yük gəmisinə hücum olub

Böyük Britaniyaya məxsus yük gəmisi Qırmızı dənizdə hücuma məruz qalıb.

Bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları (UKMTO) agentliyi məlumat yayıb.

Gəmiyə hücum çərşənbə axşamı (6 fevral -red.) gecə yarısından sonra Yəmənin Hudeydə şəhərinin qərbində baş verib.

Hücuma görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib, lakin “Associated Press” xəbər verir ki, Yəməndəki husi üsyançıları hücumda şübhəli bilinir.

UKMTO bildirib ki, gəmiyə mərmi atılmazdan əvvəl gəminin kapitanı liman tərəfdə kiçik gəmidən xəbərdar olub. Hücum zamanı xəsarət alan olmayıb, gəmi pəncərələrinə kiçik ziyan dəyib və gəmi səyahətinə davam etmək üçün təhlükəsiz hesab edilib.

Gəminin Barbados bayrağı altında üzən Britaniyaya məxsus yük gəmisi olduğu qeyd olunub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər