22 C
Baku
Thursday, April 18, 2024

“Qırmızı kitab”da ilk dəfə çəhrayı siyahılar tətbiq olunub

“Qırmızı kitab” hər 10 ildən bir nəşr olunur. Sonuncu kitab 2013-cü ildə nəşr olunmuşdu.

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib. Onun sözlərinə görə, “Qırmızı kitab”ın III nəşri ilə bağlı işlər 2019-cu ildə müvafiq komissiyalar, redaksiya heyətlərinin və işçi qruplarının yaradılması ilə başlayıb və artıq nəşr olunub:

“Bu kitab əvvəlkilərlə müqayisədə bir sıra yenilikləri ilə fərqlənir. 30 ilə yaxın davam edən işğal nəticəsində fauna və flora növləri haqqında məlumatımız yox idi. Bu “Qırmızı kitab”ın ən mühüm tərəflərindən biri odur ki, həmin nadir fauna və flora növləri haqqında məlumat verilib. İlk dəfə bu kitabda çəhrayı siyahılar tətbiq olunub, bir sıra flora və fauna da həmin siyahıya salınıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər