9 C
Baku
Friday, December 13, 2024

“Qiymət 24 dollara düşərsə, işləri dayandıracam”

Rusiyanın ən böyük özəl şirkəti sayılan “Lukoyl”un prezidenti Vahid Ələkbərov neftin qiyməti ilə bağlı önəmli açıqlama verib.

Azərbaycan əsilli biznesmen “Rossiya 24” telekanalına müsahibəsi zamanı “qara qızıl”ın 24 dollardan aşağı düşəcəyi halda neft hasilatı ilə bağlı layihələrin dondurulacağını deyib.
“Hesab edirəm ki, neftin qiyməti ilə bağlı ən aşağı hədd 24 dollardır.
Bütün analitiklər də göstərirlər ki, neft bundan ucuz olarsa, bütün neft layihələri dayandırılacaq. Təbii ki, mən də “Lukoy”l-un fəaliyyətdə olan layihələrini dayandırmalı olacam”.
Vahid Ələkbərov, həmçinin neft şirkətlərinin əlində pul qalmadığını demişdi və bütün vəsaitlərin Rusiya sənayesinin inkişafına və investisiyalara xərclənməsindən gileylənmişdi.
Son xəbərlər
Digər xəbərlər