Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇG) yatağından ilin ilk 8 ayı ərzində, yəni, yanvar-avqust aylarında $2 657 milyon gəlir olub.
Belə ki, avqust ayı ərzində suveren fond AÇG-dan $172 milyon gəlir əldə edib. Bu isə öz növbəsində avqustun il ərzində ən kiçik gəlirli ay olması deməkdir.
İlin aprel ayında $666 mln., mayda $312 mln., iyunda $223 mln. və iyul ayında isə $279 mln. AÇG-dən ARDNF-ə gəlirlər daxil olub. Baxmayaraq ki, avqust fyuçersləri üzrə neftin bir barelinin dəyəri 40 dolları ötüb, suveren fondumuz üçün rəqəmlər ürəkaçan deyil.
Suveren fondun son aylardakı gəlirlərinin azalması hökumət reaksiya verdi. Hökumətin 2020-ci il üçün ötən ilin sonunda proqnoz etdiyi gəlirlər 55 dollar/barel ilə götürülüb. Bununla da ARDNF-in gəlirləri 12 384 milyon manat, xərclərini isə 11 590 mln. manat kimi təsdiqlənmişdi. Həftənin bazar ertəsi ölkə başçısı suveren fondun dövlət büdcəsində dəyişiklik edərək, gəlirlərinin 37% azaldılması, xərclərinin isə 7% artırılması ilə bağlı fərman verib.
İyun ayında elan edilən Brent neftinin avqust fyuçersləri üzrə qiyməti 40-43 dollar/barel ətrafında dəyişib. Bundan öncə isə, yəni, may ayında (iyul fyuçersləri) Brentin bir bareli 26-38 dollar təşkil edirdi. Yəni avqust fyuçersləri üzrə neftin dəyəri öncəki aydan daha bahalı keçib. Lakin, ARDNF-in AÇG-dən gəlirlərinə bu “əks” təsir edib.
Sentyabr aylarında ehtimal olunur ki, Dövlət Neft Fondunun gəlirlərində (sentyabr fyuçersləri üzrə qiymətləri nəzərə alsaq) elə də böyük artım gözləntisi yoxdur.
Bundan əlavə, Fonda daxilolmada ikinci böyük layihə şahdəniz yatağından qaz kondensatı $232 mln. olub. Söhbət ilin yanvar-avqust aylarından gedir.