10 C
Baku
Thursday, December 12, 2024

“Qiymət artımı olsa belə, regionda ən yaxşı vəziyyət bizdədir”

Dünyada hökm sürən vəziyyətə baxmayaraq, “Azərsun Holding” istehsal etdiyi məhsulların – şəkərin, yağın xammallarını gətirə bilir.

Bunu  Bakıda keçirilən Azərbaycan-Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) biznes forumunda iştirak edən “Azersun Holding”ın baş icraçı direktoru Savaş Uzan bildirib.

S.Uzan qeyd edib ki, şirkət olaraq gözləntiləri dünyada baş verəcək hadisələrlə bağlıdır:

“Məlum olduğu kimi, Rusiya və Ukrayna arasındakı müharibə dünyada onsuz da yüksək olan qiymətlərə daha ağır zərbə vurub. Dünyada neftin qiymətinin yüksəlməsi, logistika problemləri, xammalın bahalaşması ərzaq qiymətlərinə birbaşa təsir göstərib. Xüsusilə də müharibənin başlaması ilə dünya ölkələrinin ixracata qoyduqları qadağalar da əlavə problem olub. Amma şükürlər olsun ki, dünyada hökm sürən vəziyyətə baxmayaraq, biz “Azərsun Holding” olaraq istehsal etdiyimiz məhsulların – şəkərin, yağın xammallarını gətirə bilirik”.

S.Uzan şəkər nümunəsi əsasında regiondakı vəziyyəti də şərh edib:

“Bu gün Azərbaycanda satılan şəkərin tonu Rusiyada satılandan 300 ABŞ dolları ucuzdur. Bir neçə gün öncə Özbəkistanda idim. Orada da maraqlanıb öyrəndim ki, şəkər Azərbaycanda olduğundan iki dəfə bahadır. Qazaxıstan və Qırğızıstanda isə şəkər bizdə olandan 60-70% bahadır. Bir sözlə, Azərbaycanda həm qiymət, həm də malın əlçatanlığı daha əlverişlidir. Yəni istehlakçılar istədikləri malı rahatlıqla tapa bilirlər. Qiymət artımı olsa belə, regionda ən yaxşı vəziyyət bizdədir. Ölkə Prezidentinin tapşırığından sonra hökumətlə birgə çalışmalarımız nəticəsində “Azərsun” olaraq istehlakçılarımıza minimum qiymətlərlə satış təklif edirik”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər