2 C
Baku
Sunday, December 15, 2024

Qiymətlər artmağa başlayır – illik inflyasiya 2.7%-ə yüksəlib

2024-cü ilin iyul ayında istehlak qiymətləri indeksi 2023-cü ilin iyul ayına nisbətən 2,7 faiz artıb.

Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən bildirilir.

Qida məhsulları, içkilər və tütün məmulatları üzrə 2,0 faiz, qeyri-qida məhsulları üzrə 1,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 4,3 faiz artım təşkil etmişdir.

2024-cü ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,9 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,0 faiz təşkil etmişdir.

2024-cü ilin iyul ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,2 faiz artım, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 0.3 faiz azalma təşkil etmişdir.

Son xəbərlər
Digər xəbərlər